Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan Milli Karate Federasiyası mətbuat konfransı keçirəcək
Dekabrın 27-də 2016-ci ilin yekunları ilə bağlı Azərbaycan Milli Karate Federasiyasının mətbuat konfransı keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu il Azərbaycan karatesi üçün ən uğurlu illərdən biri olub. Federasiya üçün əlamətdar hadisələrlə yanaşı, milli komandamızın üzvləri istər şəxsi yarışlarda, istərsə də komanda çıxışlarında yüksək nəticələrə nail olublar.
2016-cı il həmçinin dünya karatesində bir sıra tarixi hadisələrlə yadda qalıb. Bu və digər hadisələr, eləcə də federasiya daxili yeniliklər və qarşıdakı hədəflərlə bağlı rəsmi məlumat almaq istəyən media nümayəndələri gələn həftənin çərşənbə axşamı saat 12:00-da "İnter Arena"-da yerləşən ofisdə mətbuat konfransına dəvətlidir. Tədbirdə federasiya rəsmiləri və yüksək nəticə göstərən idmançılar iştirak edəcək.
Oxşar xəbərlər
Qurbanovun mətbuat konfransının vaxtı bilindi - Çempionlar Liqası
Yurçeviçin mətbuat konfransı keçiriləcək
AFFA-da mətbuat konfransı keçiriləcək
Çingiz Hüseynzadə Ramil Quliyevlə bağlı mətbuat konfransı keçirəcək
Yaşar Bəşirov:"Bu idman növündə bizi sıxışdıra bilməzlər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası