reklam
Sportfm.az xəbər saytı

"Güləşçilərin məşqləri təqvim planımıza uyğun deyil" -İdman Nazirliyi


"Bizim hər il təqvim planımız olur. Təqvim planında yarışlarla bərabər milli komandaların məşqləri də yerləşdirilir, hansı rayonda və ya hansı tarixdə keçiriləcəyi qeyd olunur. Güləşçilərin bu dəfə keçdikləri məşq bizim təqvim planına uyğun deyil".

Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova sərbəst güləş üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxmanın qeydə alınmasına münasibət bildirərkən deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, güləş yığmasının hazırlıq prosesi təqvim planı əsasında aparılmayıb: "Bu səbəbdən, heç nə deyə bilmərik. Nazirliyin təqvim planında onların təlim-məşq toplanışı yox idi. Toplanışı necə razılaşdırıblar, onu deyə bilmərəm. Amma Nazirliyin təqvim planı əsasında məşq prosesi getməyib".

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasında bir neçə məşqçinin və güləşçi Turan Bayramovun testi müsbət nəticələnib. 

Oxşar xəbərlər

Baş məşqçilər AGF-nin prezident əvəzinə hesabat verdi
Tokio-2020 üçün yenilənmiş təqvim - AÇIQLAMA
Azərbaycan Güləş Federasiyası bəyanat yaydı
Güləşçilərimiz Avropa çempionatına hazırlaşır
Güləş yığmalarımız Dünya çempionatına hazırlıqları davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər