Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Güləş yığmalarımız Dünya çempionatına hazırlıqları davam etdirir
Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn Dünya çempionatına hazırlıqları davam etdirir.
Sportfm.az xəbər verir ki, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirir.
Yunan-Roma güləşi yığmasının təlim-məşq toplanışı avqustun 3-dən başlayıb və çempionata yola düşənə qədər davam edəcək.
Avqustun 7-dən Ukraynaya yollanan qadın güləşçilərimiz isə ayın 21-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək.
Sərbəst güləşçilərin təlim-məşq toplanışı avqustun 6-dan başlayıb və 20-dək davam edəcək.
Məlumat üçün bildirək ki, Dünya çempionatı 21-26 avqust tarixlərində Fransanın paytaxtı Paris şəhərində başa tutacaq. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaq.
Oxşar xəbərlər
Güləş yığmalarımız Avropa çempionatına hazırlaşır
Güləş millilərimizın Bakıda toplanış keçirilir
Güləşçilərimiz Avropa çempionatına hazırlaşır
Dünya çempionatında ölkəmiz neçə güləşçi ilə təmsil olunacaq?
Vitse-prezident: "İlin sonuna qədər güləşçilərin bütün borcları bağlanacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin