reklam
Sportfm.az xəbər saytı

"Neftçi" öz rekordunu yenilədi


“Neftçi” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

Sportfm.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının X turunun “Qəbələ” ilə matçına təsadüf edib.

Səfər görüşünədək bütün qələbələri bir top fərqi ilə (iki dəfə 1:0, iki dəfə 2:1) olan “ağ-qaralar” 4:1 hesabına sevinib.

Bununla da “Neftçi”nin böyük hesablı qələbə qazandığı mövsümlərin sayı 28-ə çatıb. Yalnız 2015/16 mövsümündə belə nəticəsi olmayan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur.

Qeyd edək ki, ümumilikdə 128-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gələn “Neftçi” bu göstəricidə də rekorda sahibdir.

Oxşar xəbərlər

“Neftçi”dən yeni rekord - Azərbaycan Kuboku
"Neftçi"dən son 10 ilin rekordu - Premyer Liqa
"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı
Premyer Liqada 31-ci, evdə 20-ci
"Neftçi"nin yubiley qələbəsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər