“Neftçi”dən yeni rekord -Azərbaycan Kuboku
“Neftçi” Azərbaycan kubokunda yeni rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, paytaxt klubu 11-ci dəfə finala yüksəlib.
“Ağ-qaralar” yarımfinalda Tovuzun “Turan” klubunu mübarizədən kənarlaşdırıb. İlk görüşdə 0:1 hesabı ilə məğlub olan “Neftçi” evdə 2 cavabsız qolla qalib gəlib.
Tarixində 11-ci dəfə həlledici matça vəsiqəni təmin edən paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçu olub. Buna qədər “Neftçi” və “Qarabağ” hərəyə 10 dəfə final həyəcanı yaşayıblar. 11-ci belə sınağa çıxacaq “ağ-qaralar” 6, Ağdam klubu 7 dəfə kuboku qazanıb.
1994/95, 1995/96, 1998/99, 2003/04, 2012/13, 2013/14 mövsümlərində kuboku başı üzərinə qaldıran bakılılar dörd dəfə (2000/01, 2011/12, 2014/15, 2015/16) finalda uduzub.
Oxşar xəbərlər
Finalda təkrarlanan 5-ci cüt - Azərbaycan Kuboku
Ölkə kubokunda yeni rekord
“Neftçi” rekordunu yenilədi: 21-ci mükafat
Azərbaycan kubokunda rekord
Kuboku kim qazanacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası