"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı
Azərbaycan Premyer Liqasının VI turunda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edən “Qarabağ” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.
Sportfm.az xəbər verir ki, "köhlən atlar" ölkə çempionatlarında 108-ci dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.
Ağdam klubu qatıldığı 29 mövsümdən 27-də hesabına böyükhesablı qələbə yazıb. Əyalət təmsilçisi yalnız 1993 və 2005/2006 mövsümündə belə nəticə əldə etməyib.
"Qarabağ" bununla da “Neftçi”nin rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi 27 müxtəlif mövsümdə böyük hesabla qalib gəlməyi bacarıb.
“Neftçi”nin futbolçusu Namiq Ələsgərov isə Premyer Liqada 20-ci qolunu vurub. Bu, VI turun “Sabah”la görüşünə təsadüf edib. Komandasına 1:0 hesablı qələbə qazandıran yarımmüdafiəçi 144-cü oyununda 20-yə çatıb.
O, vurduğu qollardan 14-nə “Neftçi”də imza atıb. Ələsgərov “Bakı”da 2, “Qarabağ”da 1, “Kəpəz”də 3 dəfə fərqlənib.
Qeyd edək ki, futbolçu ilk qolunu 2014-cü il martın 29-da “Bakı” – “Simurq” matçında (2:1) qonaqların qapısından keçirib.
Oxşar xəbərlər
"Neftçi"də 25-ci qol - Azərbaycan Premyer Liqası
“Neftçi”nin futbolçusu 20-yə çatdı
Premyer Liqada 31-ci, evdə 20-ci
"Qəbələ"nin 50-ci böyük hesablı qələbəsi
Premyer Liqamızda ilk böyükhesablı nəticə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası