Yeddiqat dünya çempionunun apellyasiya şikayəti təmin edilmədi -Formula 1
Avropa Apellyasiya Məhkəməsi "Formula 1" pilotu Lüis Hemiltonun ABŞ-ın "Hamilton" saat şirkəti ilə bağlı iddiasını rədd edib.
Sportfm.az "racefans.net" saytına istinadən xəbər verir ki, təqdim olunan arqumentlərin əsassız olduğunu nəzərə alan apellyasiya heyəti firmanın 7 qat dünya çempionunun ad və soyadından istifadə etmədiyinə dair qərar çıxarıb. Bunun sadəcə, ticarət nişanı olduğu və adın ingilisdilli ölkələrdə kifayət qədər geniş yayıldığı bildirilib.
"Hamilton" şirkəti məhkəmədə 1892-ci ildən bəri bu ad altında saatlar istehsal etdiyini sübuta yetirib.
Qeyd edək ki, Lüis Hemilton daha əvvəl 2017-ci ildə saat brendini məhkəməyə verib. 3 il davam etmiş proses britaniyalı pilotun məğlubiyyəti ilə başa çatıb.
Oxşar xəbərlər
"Sabah"ın şikayəti təmin edilmədi - Qərar
Hamilton Braziliyada qalib oldu - Formula 1
Robinyonun iddiası rədd edildi - Həbs cəzası təsdiqləndi
Hemilton bu dəfə uduzdu - Saat şirkətinə
İbrahim Nehrəmli yenə məhkəməyə verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası