İbrahim Nehrəmli yenə məhkəməyə verildi
"AAC" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) "Avesta Konserni" MMC-ni məhkəməyə verib.
Sportfm.az xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "AAC" pul barədə tələb irəli sürüb. Tələb olunan pulun məbləği açıqlanmır.
Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan "Avesta Konserni" MMC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib. Çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olan "Avesta Konserni"nin sahibi hacı İbrahim Nehrəmlidir (İbrahimov).
"Synergy Group" ASC-nin təsis etdiyi "AAC" MMC Azərbaycanda və Cənubi Qafqazda "Gobustone" brend adı ilə məsaməli qazobeton blokların istehsalçısıdır.
Qeyd edək ki, İbrahim Nehrəmli "Xəzər Adaları" futzal klubunun prezidenti olub.
Oxşar xəbərlər
Mahir Emrelini məhkəməyə verdilər
“Keşlə” məhkəməyə verildi
Hafiz Məmmədovun şirkəti ilə bağlı məhkəmə qərarını açıqladı
“Bakı”nın bazası da əlindən alınır
Hafiz Məmmədovun şirkəti məhkəməyə verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası