Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hemilton bu dəfə uduzdu -Saat şirkətinə
Avropa Apellyasiya Məhkəməsi "Formula 1" pilotu Lüis Hemiltonun ABŞ-ın "Hamilton" saat şirkəti ilə bağlı iddiasını rədd edib.
Sportfm.az xəbər verir ki, təqdim olunan arqumentlərin əsassız olduğunu nəzərə alan apellyasiya heyəti firmanın 7 qat dünya çempionunun ad və soyadından istfadə etmədiyinə dair qərar çıxarıb. Bunun sadəcə, ticarət nişanı olduğu və adın ingilisdilli ölkələrdə kifayət qədər geniş yayıldığı bildirilib.
"Hamilton" şirkəti məhkəmədə 1892-ci ildən bəri bu ad altında saatlar istehsal etdiyini sübuta yetirib.
Qeyd edək ki, Lüis Hemilton daha əvvəl 2017-ci ildə saat brendini məhkəməyə verib. 3 il davam etmiş proses britaniyalı pilotun məğlubiyyəti ilə başa çatıb.
Oxşar xəbərlər
Hamilton Braziliyada qalib oldu - Formula 1
Hemilton Türkiyə Qran-prisində cəzalandı - Formula 1
Yeddiqat dünya çempionunun apellyasiya şikayəti təmin edilmədi - Formula 1
"Formula-1"-də ilin ən yaxşı pilotu açıqlandı
Yarışı 9-cu yerdə başa vurdu, 4-cü dəfə dünya çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası