reklam
Rusiyalı futbolçu:
Sportfm.az xəbər saytı

Rusiyalı futbolçu: "AFFA-dan gələn təklifi rədd etdim"


Bolqarıstanın "Slaviya” klubunun futbolçusu Serder Serderov Azərbaycan millisində oynamaq üçün AFFA-dan təklif aldığını açıqlayıb.

Sportfm.az xəbər verir ki, rusiyalı futbolçu AFFA-dan bir neçə dəfə təklif gəlib: "Şeydayev və Mahmudov söhbətindən həm əvvəl, həm də  sonra mənə Azərbaycan Futbol Federasiyasından bir neçə dəfə zəng etdilər. Onlar Azərbaycan pasportu alıb bu ölkənin vətəndaşlığını qəbul etməyimi və Azərbaycan  milli komandasında çıxış etməyimi istəyirdi. Ancaq mən bu təklifi  rədd etdim. Çünki mən rusam, Moskvada yaşayıram və bu mənim üçün prinsipial məsələdir” – deyə Serderov bildirib.
Qeyd edək ki, 22 yaşlı hücumçu Rusiyanın Mahaçqala şəhərində doğulub. O, Rusiyanın aşağı yaş qrupları üzrə bütün milli komandalarında çıxış edib.

Oxşar xəbərlər

"Azərbaycan millisindən gələn təklifi rədd etdim" - Hüseyin Acar
Yığmamıza dəvət edilən futbolçu erməni klubundan təklif aldı
AFFA daha bir dağıstanlını milliləşdirir
Renat Dadaşov Azərbaycan millisində!
Azərbaycanlı futbolçu Azərbaycanla danışıq aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər