reklam
Sportfm.az xəbər saytı

"Azərbaycan millisindən gələn təklifi rədd etdim" -Hüseyin Acar


Türkiyənin “Kayserispor” klubunun futbolçusu Hasan Hüseyin Acar açıqlama verib.

Sportfm.az xəbər verir ki, yerli mətbuata danışan Acar, mövsümün əvvəlində Azərbaycan yığmasından təklif aldığını deyib:

“Tək xəyalım milli komandada oynamaqdır. “Kayserispor”la liqada qala bilsək, bu xəyalıma da çata bilərəm. Yığmanın baş məşqçisi Şenol Günəş məşqçilərimdən məni soruşub, onlara performansımı bəyəndiyini deyib. Milli komandaya çağırılacağımı düşünürəm.

Mövsümün əvvəlində Azərbaycan milli komandasından təklif aldım, ancaq Türkiyə yığmasında oynamaq istəyirəm və bu təklifi rədd etdim. Azərbaycan millisində oynaya bilərdim, ancaq vicdanım rahat olmazdı. Azərbaycan millisindən təklif aldım, ancaq “hə” deyə bilmədim. Çox istədilər, ancaq mən bunu qəbul edə bilmədim”.

“Kayserispor”la 2021-ci ilin yayına qədər müqaviləsi olan Acar, yarımmüdafiənin mərkəzində çıxış edir. Super Liqa klubunu hazırda Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Robert Prosineçki çalışdırır.

Oxşar xəbərlər

Azərbaycan millisindən imtina edən futbolçu: "Buna görə peşman deyiləm"
Şenol Günəşin köməkçisi Prosineçkini əvəz edəcək!
Azərbaycan millisində oynamaqdan imtina etdi - "Türkiyə millisində oynamaq istəyirəm"
AFFA daha bir futbolçunu milliləşdirir
Rusiyalı futbolçu: "AFFA-dan gələn təklifi rədd etdim"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər