reklam
Renat Dadaşov Azərbaycan millisində!
Sportfm.az xəbər saytı

Renat Dadaşov Azərbaycan millisində!


Əslən azərbaycanlı olan, hazırda Almaniyada çıxış edən futbolçu Renat Dadaşov AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini qeyd etmiş, bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Almaniya Futbol İttifaqı bildirmişdi ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb.

Sportfm.az xəbər verir ki, AFFA onun müvafiq qaydalara uyğun olaraq  Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlamışdı. Artıq FIFA müraciəti cavablandırıb. FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Renat Dadaşovun FIFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdir.

Oxşar xəbərlər

FİFA Almeyda ilə bağlı qərar verdi
Renat Dadaşov Azərbaycan millisini niyə seçib?...Media-sorğu
"Bursaspor"un forvardı yığmamızda!
FİFA: Şeydayevlə Mahmudov Azərbaycan millisində oynaya bilər!
AFFA FIFA-ya müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər