Torpaqlarımızın işğaldan azad olunmasına həsr edilən futbol turniri başlayır -FOTO
Azərbaycan ordusunun Qarabağda qazandığı haqq savaşına və torpaqlarımızın işğaldan azad olunmasına həsr edilən uşaq futbol turniri keçiriləcək.
Sportfm.az xəbər verir ki, "Azfar" şirkətinin inzibati binasında turnirin püşkatması keçirilib. Tədbirdə yarışın keçirilməsinin təşəbbüskarı Nuqzar Kvirtiya, təşkilatçısı Orxan Hüseynov da iştirak edib. Aparıcı Araz Əhmədovun təqdimatında baş tutan mərasimdə "Zəfər Kuboku 2020" adlanacaq yarışın U-9 və U-12 yaş qruplarında mübarizə aparacaq komandaların qrupları məlum olub. Həmçinin, uşaqların maraqlı mübarizəsinə səhnə olacaq yarışın reqlamenti barədə geniş məlumat verilib.
Qeyd edək ki, 23 noyabrda start götürməsi planlaşdırılan "Zəfər Kuboku 2020"-nin media partnyoru olan saytımızda turnirin oyunlarından çəkilən şəkillər və videolar yer alacaq. Üstəlik, hər turdan sonra yarış cədvəli, qol vuranların siyahısı da dərc ediləcək. Saytımızı izləyin...
Oxşar xəbərlər
"Zəfər Kuboku" turniri start götürüb - FOTOLAR
"Şuşa" komandası turnirin qalib oldu - Futtennis üzrə turnirdə
İmişlidə "Zəfər" Turniri start götürüb - 8 komanda qalib olmaq üçün yarışır
"Zəfər Kuboku 2020"-nin təqvimi açıqlandı - İlk oyunlar noyabrın 23-də baş tutacaq
“İpək Yolu Kuboku” turniri start götürür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PFL hakim təyinatlarını açıqladı - İkinci Liqa
-
Cəfərquliyev əvəzedici heyətdə qol vurdu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Kapitan futboldan uzaqlaşdırıldı - 1 illik
-
Azərbaycanda bu idman növü məhv olmaq üzrədir - BÖYÜK PROBLEM
-
"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı - Premyer Liqa















Misli Premyer Liqası