reklam
Dünya Cüdo Turu dayandırıldı -
Sportfm.az xəbər saytı

Dünya Cüdo Turu dayandırıldı -Koronavirusa görə


Beynəlxalq Cüdo Federasiyasının (İJF) İcraiyyə Komitəsi 2020-ci ildə keçirilməsi planlaşdırılan Dünya Cüdo Turunun dayandırılmasına qərar verib.

Sportfm.az xəbər verir ki, oktyabr ayının sonunda Macarıstanda “Böyük dəbilqə” yarışının uğurla təşkilindən sonra IJF ilin sonuna qədər dünya turu çərçivəsində ən azı daha bir turnir keçirəcəyini planlaşdırsa da, bu, baş tutmayıb: “Keçirilməsi nəzərdə tutulan yarış Xorvatiyada baş tutacaq Zagreb Qran-Prisi idi. Qlobal sağlamlıq böhranı dünyanın əksər yerlərində şiddətləndiyi və getdikcə daha çox ölkədə COVID-19 virusunun yayılması hamını ciddi tədbirlər görməyə sövq edir. Hazırkı vəziyyətdə yarışların qadağan olunduğu, bəzi hallarda idmançılar üçün məşqlərin belə mümkün olmadığına görə təşkilat Dünya Cüdo Turu yarışlarının təşkilini dayandırmağa qərar verib” - JF-nin prezidenti Marius Vizer deyib. 

Belə ki, Azərbaycan komandası bu il Dünya Cüdo Turu çərçivəsində pandemiya başlamazdan əvvəl Parisdə və Düsseldorfda təşkil edilən “Böyük dəbilqə” ilə yanaşı, Təl-Əviv Qran-Prisi və uzun fasilədən sonra keçirilən Budapeşt “Böyük dəbilqə”sində komandamız 7 medal - bir qızıl, iki gümüş və dörd bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycanın cüdo yığması noyabrın 19-da Praqada start götürəcək Avropa çempionatında iştirak edəcək. Yığmamız qitə çempionatında 14 cüdoçu ilə təmsil olunacaq.

Oxşar xəbərlər

“Böyük Dəbilqə”nin vaxtı dəyişdirildi - AÇIQLAMA
İlin ilk yarısı üçün təqvim açıqlandı - Beynəlxalq Cüdo Federasiyası
Rüstəm Orucov favoritdir - Avropa çempionatı
Macarıstan Qran-prisi keçirilməyə bilər
2018-ci ildə “Böyük dəbilqə” yarışları Düsseldorfa həvalə edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər