reklam
2018-ci ildə “Böyük dəbilqə” yarışları Düsseldorfa həvalə edildi
Sportfm.az xəbər saytı

2018-ci ildə “Böyük dəbilqə” yarışları Düsseldorfa həvalə edildi


Hər il Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” yarışlarının lokasiyası dəyişdirilir. Gələn il Azərbaycan paytaxtı bu reytinq turnirinə ev sahibliyi etməyəcək. 

Sportfm.az xəbər verir ki, Beynəlxalq Federasiya “Böyük dəbilqə” statusunu Düsseldorfa həvalə etməyi qərara alıb. 

İndi Düsseldorfda keçiriləcək yarışın statusu daha da artacaq, çünki gələn il Qran-Pri “Böyük dəbilqə”yə çevriləcək və həmin yarışlar fevralın 23-25-də keçiriləcək. Gələn il dörd belə turnir nəzərdə tutulur. Onlardan birincisi Parisdə, ikincisi Düsseldorfda, üçüncüsü Yekaterinburqda keçiriləcək, ilin sonunda isə artıq ənənəyə görə “Böyük dəbilqə” mərhələsini Tokio qəbul edəcək.

İJF-dən verilən məlumata görə, olimpiya dövrəsi 2018-ci ilin mayında başlanacaq. Cüdoçular həm reytinq balları, həm də Olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaqlar. Bu baxımdan, Bakıda keçiriləcək dünya çempionatı mövsümün ən mühüm startı olacaq. Çempionat maksimum xal qazanmaq imkanı verəcək və bu mundialın mükafatçılarının Tokio mərhələsinə düşmək şansları xeyli artacaq.

Oxşar xəbərlər

Bakıda keçiriləcək "Böyük Dəbilqə"nin posteri təqdim edildi
Bakıdakı “Böyük Dəbilqə”nin tarixi bilindi
"Böyük Dəbilqə"nin vaxtı açıqlandı
Bakıda beynəlxalq turnir keçiriləcək - Böyük Dəbilqə
İlin ilk yarısı üçün təqvim açıqlandı - Beynəlxalq Cüdo Federasiyası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər