reklam
Şəhriyar Rəhimov: “Mərhələni keçən tərəf biz olmaq istəyirik”
Sportfm.az xəbər saytı

Şəhriyar Rəhimov: “Mərhələni keçən tərəf biz olmaq istəyirik”


"İnter” ilə Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab matçında "Kəpəz”in futbolçuları uğurlu nəticəyə köklənib.
Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Nizami yurdunun təmsilçisinin oyunçusu Şəhriyar Rəhimov söyləyib: "Hədəfimiz mərhələ adlamaqdır, bilirik ki, çox çətin olacaq. İlk oyunda iki top fərqi ilə uduzduğumuzdan rəqibin üstünlüyü var. Amma indi Gəncədə oynamağımızı unutmamalıyıq. Doğma meydanda, azarkeşlərimizin önündə oynayacağıq. Yaxşı futbol göstərib, bizə lazım olan nəticəni qazanmağa çalışacağıq. Final fitinə kimi layiqli şəkildə çıxış etməliyik. Mərhələni keçən tərəf biz olmaq istəyirik. Fanatlarımızı sevindirməyə səy göstərəcəyik. Qolu kimin vurmasının əhəmiyyəti yoxdur, əsas olan qol vurmaqdır”.

Oxşar xəbərlər

“Kəpəz”in qapıçısı azarkeşlərə səsləndi - "Sona qədər bizə dəstək olsunlar"
Şahin Diniyev: “Yeni ilə yaxşı nəticə ilə yollanmaq istəyirik”
Tural Nərimanov: “Cütün taleyi Gəncədə həll olunacaq”
Çempionlar Liqası: İlk mərhələni keçən son komanda bəlli oldu
Şəhriyar Rəhimov: "Kəpəz"ə çətin olacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər