reklam
Güləşçilərimiz Moskva Qran-prisinə yollandı
Sportfm.az xəbər saytı

Güləşçilərimiz Moskva Qran-prisinə yollandı


Azərbaycan güləşçiləri noyabrın 7-də Rusiyada start götürəcək Moskva Qran-prisinə yollanıb.

Sportfm.az xəbər verir ki, iki gün davam edəcək yarışa sərbəst güləşçilərdən ibarət yığmanın Dağıstanda olan üzvləri qatılıb.

İslam Bazarqanov (57 kq), Davud İbrahimov (65 kq), Osman Nurməhəmmədov (86 kq), Şamil Zubairov (97 kq) və İslam Abıyev (125 kq) böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev də ədaləti təmsil edəcək.

Qeyd edək ki, Qran-priyə sərbəst, yunan-Roma və çimərlik güləşi üzrə 9 ölkənin idmançıları qatılacaq.

Oxşar xəbərlər

Millimizin heyəti açıqlandı - Qran-pri üçün
Güləşçilərimiz Moskva Qran-prisində medallar qazandı
Yığma komandamız Qran-Pridə mübarizə aparacaq
Dünya çempionatında iştirak edəcək güləşçilərimiz məlum oldu
9 güləşçimiz Avropa çempionatında iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər