reklam
Güləşçilərimiz Moskva Qran-prisində medallar qazandı
Sportfm.az xəbər saytı

Güləşçilərimiz Moskva Qran-prisində medallar qazandı


Azərbaycan sərbəst güləşçiləri Rusiyadakı Moskva Qran-prisində 4 medal qazanıb.

Sportfm.az xəbər verir ki, olimpiya çəkiləri üzrə yarışda Şamil Zubairov 97 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İslam Bazarqanov (57 kq) və Davud İbrahimov (65 kq) gümüş medal əldə edib. Gitinoməhəmməd Hacıyev (74 kq) və Osman Nurməhəmmədov (86 kq) isə Qran-prini üçüncü pillədə başa vurub. Beləliklə, milli komanda turnirdə 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

Güləşin bütün növləri üzrə təşkil olunan turnirdə Azərbaycan yığması böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında mübarizə aparıb.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.

Oxşar xəbərlər

Güləşçilərimiz Qazaxıstandakı turnirdə 10 medal qazandı
Güləşçilərimiz Moskva Qran-prisinə yollandı
Savatçılarımız beynəlxalq turnirdə 2 qızıl medal qazandı - FOTO
Azərbaycan cüdoçuları Qran Pridə 3 qızıl, 1 bürünc medal qazandı
Sərbəst güləşçilərimiz Olimpiya çempionunun xatirə turnirində yarışırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər