Hemilton Şumaxerlə bərabərləşdi -Qələbə sayında
Almaniyanın Nürburqrinq trasında Ayfel Qran-prisi keçirilib.
Sportfm.az xəbər verir ki, 60 dövrəlik mübarizənin qalibi adını karyerasında 91-ci dəfə "Mercedes" pilotu Lüis Hemilton olub. Bununla da böyük britaniyalı sürücü qələbə sayında almaniyalı 7 qat dünya çempionu Mixael Şumaxerlə bərabərləşib.
İkinci yeri "Red Bull"dan Maks Ferstappen tutub. Üçlüyü "Renault" pilotu Daniel Rikkardo qapayıb. Bu, "Renault"un çempionata qayıdışından sonra ilk podiumu əldə edib.
Ümumilikdə 20 pilotdan 15-i finişə çata bilib.
Beləliklə, Hemilton 11 Qran-prinin yekununda xalını 230-a çatdıraraq, ən yaxın izləyicisi Bottası 69 xal geridə qoyub. Üçüncü yerdə 147 xalla Ferstappen qərarlaşıb. Konstruktorların mübarizəsində "Mercedes" 391 xalla birinci, "Red Bull" 211 xalla ikinci, "Racing Point" 120 xalla üçüncü yerdə gedir.
Oxşar xəbərlər
Hemilton heç kəsi önə buraxmadı - Qalibiyyət
Abu Dabi Qran-prisinin qalibi məlum oldu - Formula 1
Rusiya Qran-prisinin qalibi məlum oldu
Yaponiya Qran Prisinin qalibi müəyyənləşdi
Fettel yenə öndədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
XI turun oyun cədvəli - II Liqa














Misli Premyer Liqası