reklam
Rusiya Qran-prisinin qalibi məlum oldu
Sportfm.az xəbər saytı

Rusiya Qran-prisinin qalibi məlum oldu


"Mercedes" komandasının pilotu Valtteri Bottas "Formula 1" üzrə Rusiya Qran-prisinin qalibi olub. 
Sportfm.az xəbər verir ki, finlandiyalı sürücü karyerasında ikinci dəfə Soçi mərhələsində finişə birinci çatıb. 
"Red Bull"un niderlandlı pilotu Maks Ferstappen ikinci, "Mercedes"də çıxış edən britaniyalı 6 qat dünya çempionu Lüis Hemilton üçüncü yeri tutub. 
Hemilton "Formula 1" Qran-prilərindəki qələbə sayını 91-ə yüksəldərək, almaniyalı Mixael Şumaxerin rekordunu təkrarlamaq imkanına malik olub. Lakin o, müəyyən olunmamış yerlərdə startöncəsi məşq etdiyi üçün iki dəfə 5 saniyəlik cərimə alıb. 
Ümumi sıralamada Hemilton 205 xalla 1-ci, Bottas 161 xalla ikinci, Ferstappen 128 xalla 3-cü yerdə qərarlaşıb. Konstruktorların mübarizəsində ilk 3 yeri "Mercedes" (366), "Red Bull Racing Honda" (192) və "McLaren Renault" (106) tutur.  
Qeyd edək ki, növbəti Qran-pri 9 - 11 oktyabrda Almaniyada olacaq.

Oxşar xəbərlər

Hemilton heç kəsi önə buraxmadı - Qalibiyyət
Abu Dabi Qran-prisinin qalibi məlum oldu - Formula 1
Hemilton Toskana Qran Prisinin qalibi oldu - "Formula-1"
Hemilton İspaniya Qran Prisinin qalibi oldu
Yaponiya Qran Prisinin qalibi müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər