Hemilton heç kəsi önə buraxmadı -Qalibiyyət
“Formula 1” üzrə Qətər Qran-Prisinin qalibi “Mercedes" komandasının qalibi britaniyalı pilot Luis Hemilton olub.
57 dövrəlik mübarizədə Nikolas Latifi ("Uilyams") və Valtteri Bottas ("Mercedes") finişə çata bilməyib.
Alonso isə 40 yaşında 7 il 3 ay 25 gündən sonra yenidən podiuma qalxmağı bacarıb. O, sonuncu dəfə 2014-cü il Macarıstan Qran-prisində fəxri kürsüyə yüksəlib.
Bu nəticələrdən sonra 351,5 xala malik Ferstappen liderliyini davam etdirib. Hemilton 343,5 xalla 2-ci, Bottas 203 xalla 3-cüdür.
Konstruktorlar Kubokunda "Mercedes" 546,5 xalla 1-ci, "Red Bull" 540,5 xalla 2-ci, "Ferrari" 297,5 xalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti Qran-pri 3 - 5 dekabrda Səudiyyə Ərəbistanında təşkil olunacaq.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi bilindi - Formula 1
Abu Dabi Qran-prisinin qalibi məlum oldu - Formula 1
Rusiya Qran-prisinin qalibi məlum oldu
Yaponiya Qran Prisinin qalibi müəyyənləşdi
Fettel yenə öndədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası