Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Turan Tovuz"un futbolçusu:"Orada olan klublar bizi üstələyir"
Futbol üzrə Azərbaycan Birinci Divizionunda ilk dövrə sona çatıb. 13 turdan sonra lider olan "Turan Tovuz"un əsas heyət üzvlərindən biri Rəhman Musayev Sportfm.az saytının suallarını cavablandırıb.
- Avropada aşağı liqa təmsilçiləri kubok yarışlarında daim sürprizlərə imza atır. Birinci divizionun liderindən belə bir nəticə gözlənilsə də, "Zirə”yə məğlub oldunuz.
- Düşünürəm ki, "Zirə”yə qarşı pis oynamadıq. Real qol şansımız oldu, təəssüflər olsun ki, fərqlənə bilmədik. Rəqibin vurduğu qolda isə komanda yoldaşlarım mənim yerə yıxıldığımı görüb dayandılar. Bu zaman qonaqlar hesabı açdı. Mənim fikrimcə, həmin epizodda "Fair-play” qaydalarına əməl olunmalıydı. Ancaq bu futboldur. Gərək ələ düşən imkanlardan istifadə edəsən.
- Ümumiyyətlə, Birinci divizionun səviyyəsi imkan verir ki, kubok yarışında, hazırda burada çıxış edən komandalar Premyer Liqa klubları ilə başabaş mübarizə aparsın?
- Mənim fikrimcə, divizion Premyer Liqadan daha maraqlıdır. Səviyyəcə orada olan klublar bizi üstələyir. Bunu açıqca etiraf etmək lazımdır. Məsələn, hazırda Birinci Divizionda çempionluq uğrunda 6 komanda mübarizə aparır. Hər bir komandanın sonda qızıl medalları qazanmaq şansı var.
- Rəhman, çempionat start götürəndə "Turan Tovuz” ardıcıl qələbələri sıralayardı, sonra nə oldu?
- Əslində, əsas məqsədimizə çatdıq. Fasiləyə lider olaraq yollandıq. İlk dövrənin sonlarına yaxın nəticələrimiz ürəkaçan olmadı. Mən bunu yorğunluqla izah edərdim. Kollektivdə əla ab-hava var, rəhbərlikdə bizə çox diqqət ayırır. İnşallah, çempionatın bitimində "Turan Tovuz” çempionluğu bayram edəcək. Biz buna inanırıq.
- Tovuz daim yerli futbol məktəbinin yetirmələri ilə öyünüb.
- Heyətimizdə bir çox perspektivli futbolçular var. Komanda Premyer Liqaya vəsiqə qazansın, özünüz görəcəksiniz. İstedadlı gənclərimiz gələcəkdə ölkə futboluna çox xeyir verəcək. Tovuzda futbol gənclərin əsas məşğuliyyətidir.
- Komanda Premyer Liqaya rəng qata bilər?
- Əlbəttə. "Turan Tovuz” köklü klubdur. Belə komanda futbol elitasında mütləq olmalıdır.
- Son vaxtlar şəhər stadionuna, klubun sabiq baş məşqçisi, adı Tovuz futbolu ilə yanaşı çəkilən rəhmətlik Sakit Alıyevin adının verilməsi ilə bağlı fikirlər səslənir.
- Çox gözəl ideyadır. Buna ancaq sevinərik. Sakit müəllim əla insan idi, Tovuz futbolu ilə nəfəs alırdı. Təəssüflər olsun ki, onu tez itirdik.
- "Turan Tovuz”da hansı ulduz futbolçunun oynamasını istərdin?
- Hücumda Kriştiano Ronaldo, orta sahədə Luka Modriç olsaydı, pis olmazdı(gülür).
- Bəs, özün hansı xarici top-klubun heyətində çıxış etmək istərdin?
- "Real” Madrid və "Arsenal”da.
Oxşar xəbərlər
“Turan Tovuz”un tarixində bir ilk
"Turan Tovuz" mənim üçün çox doğmadır, nədən olmasın?! - MÜSAHİBƏ
Millət vəkili "Turan Tovuz"un çempionluğuna biganə qalmadı - FOTO
“Turan Tovuz” rəsmən Premyer Liqada!
"Tovuz stadionuna Sakit Alıyevin adı verilsin"... TƏKLİF
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası