reklam
“Turan Tovuz” rəsmən Premyer Liqada!
Sportfm.az xəbər saytı

“Turan Tovuz” rəsmən Premyer Liqada!


Futbol üzrə Azərbaycan çempionatının I divizionunda XXIV tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub. Daha bir görüşdə isə texniki nəticə rəsmiləşib.
 
Keçirilən oyunlardan sonra Premyer Liqaya 3 vəsiqədən birinin sahibi bilinib. MOİK-i 1:0 hesabı ilə yenən "Turan Tovuz” nəinki ilk "üçlük”də, hətta ilk 2 yerdən birini təmin edib. Bununla da Tovuz klubu elitaya vəsiqəni təmin edib.
 
Amma idman prinsipləri ilə Premyer Liqaya yüksələn qərblilər orada çıxış etmək üçün lisenziya almalıdı. Buna isə gələn ayın əvvəlində aydınlıq gələcək.
 
Qeyd edək ki, reqlamentə əsasən ilk 3 yerin sahibi Premyer Liqaya yüksəlir, orada sonuncu olan isə diviziona düşür.
 
I divizion
13 aprel
 
"Rəvan” – "Ağsu” - -:+
 
"Turan Tovuz” – MOİK – 1:0
Rəhman Musayev, 90+2
 
"Mil-Muğan” - "Qaradağ Lökbatan” – 2:4
Raul Yaqubzadə, 69; Mübarək Şahquliyev, 81 (ö.q) // Mübarək Şahquliyev, 21; Sabir Allahquliyev, 32; Elgiz Kərimli, 43; Rüfət Məmmədov, 64

Oxşar xəbərlər

“Fud-Sity” “Turan Tovuz”a sponsorluq edə bilər
Tovuz futbolçuları Premyer Liqaya belə yüksəldi - VİDEO
Əsgər Abdullayev: "Bütün Tovuz əhalisi komandanı Premyer Liqada görür"
"Şəmkir" evdə, "Səbail" səfərdə uduzdu, "Turan Tovuz" qalib gəldi
"Turan Tovuz"dan darmadağın

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər