"Qarabağ Azərbaycandır!" -Teymur Rəcəbov
"Artıq bir neçə gündür ki, Vətənimizdə qanlı döyüşlər davam edir. Erməni işğalçı qüvvələri tarixi, əzəli Azərbaycan torpaqlarında xalqımıza qarşı hərbi əməliyyatlar aparmaqdadır".
Sportfm.az xəbər verir ki, bu fikirləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov özünün şəxsi "Instagram" səhifəsində payılaşıb.
Son günlər cəbhədə baş verənlərə münasibət bildirən 33 yaşlı qrossmeyster Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə qınadığını vurğulayıb: "Erməni işğalçı qüvvələri dərhal bizim torpaqlarımızı tərk etməlidir! Bu, mövcud vəziyyətin həlli üçün yeganə çıxış yoludur. Şanlı ordumuzun cəsur əsgərləri düşməni qətiyyətlə dəf edərək doğma diyarlarımızda haqq-ədaləti bərpa edəcəklər"!
Rəcəbov sonda isə "Qarabağ Azərbaycandır! Qarabağ hər zaman Vətənimizin ayrılmaz hissəsi olub və olacaq"! yazıb.
Oxşar xəbərlər
Teymur Rəcəbov erməni şahmatçı ilə heç-heçə etdi
"Əlimdən gələni etdim" - Teymur Rəcəbov
Rüstəm Orucov əsgərə məktub yazdı - FOTO
"Qarabağ bizimdir, Qarabağ Azərbaycandır" - Ramil Quliyev
Rəcəbov özünü karantinə aldı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
XI turun oyun cədvəli - II Liqa















Misli Premyer Liqası