reklam
Sportfm.az xəbər saytı

"Əlimdən gələni etdim" -Teymur Rəcəbov


"Bu turnir üçün Kaissaya (Şahmat ilahəsi) çox təşəkkür edirəm. Əlimdən gələni etdim. İndiyədək ən həyəcanlı turnirlərdən biri idi".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Skilling open" turnirində mübarizəni dayandıran Azərbaycan şahmatçısı Teymur Rəcəbov rəsmi tvitter hesabında yazıb.

33 yaşlı qrossmeyster yarışda çoxlu qələbələr qazandığını xatırladıb: "Uesli So ilə ilk qarşılaşma heyrətamiz idi. Daha sonra isə şansızlıq oldu. Bu turnir şahmatın möhtəşəm bayramıdır".

Qeyd edək ki, Teymur Rəcəbov 1/4 final mərhələsinin tay-breykində ABŞ təmsilçisi Uesli Soya armageddonda uduzub. Rəcəbov daha əvvəl isə erməni şahmatçı Levon Aronyanı məğlubiyyətə uğradıb.

Oxşar xəbərlər

Azərbaycanlı ermənini mat etdi - Çempionlar Turu
"Yarımfinalda yaxşı oynamadım" - Teymur Rəcəbov
Teymur Rəcəbov erməni şahmatçı ilə heç-heçə etdi
Teymur Rəcəbov pley-offa vəsiqə qazandı - "Skilling Open"
Rəcəbov Aronyana qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər