reklam
Yığmamızın üzvü Almaniya çempionu oldu -
Sportfm.az xəbər saytı

Yığmamızın üzvü Almaniya çempionu oldu -Maksimum nəticə


Şahmat üzrə Azərbaycan millisinin üzvü Arkadi Naydiç Almaniya çempionu olub.

Sportfm.az xəbər verir ki, 35 yaşlı qrossmeyster buna "OSG Baden-Baden" komandasının heyətində nail olub. Onun komandası sonuncu - 7-ci turda heyətində Şəhriyar Məmmədyarovun da çıxış etdiyi "Vernhaym"a qalib gəlib- 4.5:3.5.

Məmmədyarov son görüşdə ABŞ-ın tanınmış şahmatçısı Fabiano Karuana ilə heç-heçə edib - 0,5:0,5. Naydiç isə latviyalı İqor Kovalenkoydan üstün olub- 1:0.
Bu nəticədən sonra "OSG Baden-Baden" xallarının sayını 14-ə çatdırıb və  çempionatda maksimum nəticə ilə qalib olub. "Vernhaym" isə 12 xalla gümüş medallara yiyələnib.

 

Oxşar xəbərlər

Bizi təmsil edən Naydiç erməniyə uduzdu
Azərbaycanlı və erməni üz-üzə
Şahmatçımız beynəlxalq turnirdə ilk görüşünü keçirəcək
Qrossmeysterimiz “GRENKE Chess Classic” turnirində çıxış edəcək
Azərbaycan millisinin şahmatçısı tarixə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər