Qran-pri azarkeşlərlə keçiriləcək -İlk dəfə
"Formula 1" üzrə dünya çempionatının 9-cu mərhələsi bu gün başlayır.
Sportfm.az xəbər verir ki, Toskana Qran-prisi İtaliyada "Ferrari" komandasına məxsus Mudcello trasında olacaq.
"Ferrari" üçün bu mərhələ tarixdə 1000-ci olacaq. Yubiley yarışının evdə keçirilməsinə pandemiya səbəb olub, həmçinin cari mövsümün təqvimi yenidən hazırlanıb.
Toskana Qran-prisi bu il azarkeşlərlə keçirilən ilk Qran-pri olacaq. Təşkilatçılar 3 gün davam edəcək yarışın hər günündə tribunalara 3 min azarkeş buraxmağı planlaşdırırlar.
"Ferrari" son yarışlarda elə də yaxşı nəticə göstərmir. Bu səbəbdən, fanatlar məmnun deyil.
Toskana Qran-prisi Bakı vaxtı ilə saat 13:00-da sərbəst yürüşlə başlayacaq. Yarışa sentyabrın 13-də yekun vurulacaq.
Qeyd edək ki, hazırda "Mersedes"in pilotu Lüis Hemilton 164 xalla liderliyini davam etdirir. Onun komanda yoldaşı Valtteri Bottas 117 xalla 2-ci, "Red Bull" pilotu Maks Ferstappen 110 xalla üçüncüdür.
Konstruktorların yarışında "Mercedes" 281 xalla birinci, "Red Bull Racing Honda" 158 xalla ikinci, "McLaren Renault" 98 xalla 3-cü yerdə gedir.
Oxşar xəbərlər
Hamilton yenə qalib oldu - Böyük Britaniya Qran-Prisi
Rusiya Qran-prisinin qalibi məlum oldu
Hemilton Toskana Qran Prisinin qalibi oldu - "Formula-1"
Soçidə “Formula 1” üzrə Rusiya Qran-prisi start götürdü
Yaponiya Qran Prisinin qalibi müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO















Misli Premyer Liqası