

Soçidə “Formula 1” üzrə Rusiya Qran-prisi start götürdü
Soçi şəhərində “Formula 1” üzrə Rusiya Qran-prisi start götürüb.
Sportfm.az xəbər verir ki, cari mövsümdə Avropada reallaşacaq sonuncu mərhələnin birinci sərbəst yürüşündə ən yaxşı göstəriciyə “Ferrari”nin pilotu Şarl Lekler imza atıb - 1.34,462. “Red Bull”dan Maks Ferstappen ikinci (+0,082), “Ferrari”dən Sebastyan Fettel isə üçüncü olub (+0,543).
Bu gün daha bir sərbəst yürüş olacaq. Sabah isə üçüncü sərbəst yürüş və sıralama turu baş tutacaq. Sentybarın 29-da keçiriləcək Rusiya Qran-prisi Bakı vaxtı ilə saat 15:10-da start götürəcək.
Qeyd edək ki, 2019-cu il mövsümündə Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçirilib və Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub. 2020-ci ildə Bakıdakı yarış 5 – 7 iyunda olacaq. Hazırda “Mercedes”in pilotu Lüis Hemilton 296 xalla liderdir. Bottas 231 xalla 2-ci, Lekler isə 200 xalla 3-cü yerdədir.
Oxşar xəbərlər
Yeddinci yarış bu gün start götürür - Formula 1
Bakıdakı yarış ən yaxşılar arasında
Hemilton Rusiya Qran-prisinin qalibi oldu
Mövsümün 8-ci Qran-Prisinin qalibi oldu
Yaponiya Qran Prisinin qalibi müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin