Messi İtaliyaya yollanır -Şok addım
"Barselona"nın Lionel Messinin klubdan ayrılmaq istədiyini açıqlamasının ardından, onun karyerasını harda davam etdirəcəyi ilə bağlı müxtəlif versiyalar səslənməyə başlayıb.
Sportfm.az xəbər verir ki, ulduz oyunçunun karyerasını davam etdirəcəyi klublar arasında "Mançester Siti" (İngiltərə), "İnter", "Yuventus" (İtaliya) və PSJ-nin (Fransa) adı çəkilir.
Sözügedən klubların maliyyə imkanları Messini transfer etməyə imkan verir. Ancaq argentinalının 2021-ci ilə qədər olan müqaviləsində sərbəstqalma məbləğinin 700 milyon avro olması keçidə maneə yarada bilər. Katalon klubunun Lionelin ayrılıq istəyi səbəbindən məbləği azaldacağı istisna edilmir.
Qeyd edək ki, "Barselona"nın Çempionlar Liqasında "Bavariyaya"ya 2:8 hesablı məğlubiyyəti və yanvardan sonra baş verən klubdaxili məsələlər Messinin klubdan ayrılmaq istəyinə əsas səbəb kimi göstərilir.
Oxşar xəbərlər
600 milyon avro - Messi üçün təzminat
“Ümid edirəm Messi mənim klubuma keçər” – Xuan Mata
“Messini transfer etməyi düşünə bilərik” - “Mançester Siti”nin direktoru
Messinin qiyməti məlum oldu - 700 milyon
Messiyə fantastik təklif - İllik 50 milyon avro
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası