Kuman Messinin "ipini kəsir" -Sensasiya
"Barselona"nın futbolçusu Lionel Messi komandadan ayrılmağa qərar verib.
Sportfm.az xəbər verir ki, bu barədə İspaniyanın "Cuatro" kanalı məlumat yayıb. Məlumata görə, tezliklə rəsmi açıqlama veriləcək.
Kanalın yaydığı məlumata görə, 33 yaşlı hücumçu komandanın yeni baş məşqçisi Ronald Kumanla görüşündə niderlandlı mütəxəssisdən istədiyi cavabları almayıb. Kuman Messiyə komandada futbolçular arasında fərq qoymayacağını və komanda birliyinə önəm verəcəyini bildirib.
"Mançester Yunayted", "Mançester Siti", "İnter" və "Yuventus"un ulduz futbolçu ilə maraqlandığı vurğulanıb.
Argentinalı hücumçu katalonlarda keçirdiyi 731 oyunda 634 qol vurub, 285 məhsuldar ötürmə edib. Messi 6 dəfə "Qızıl top"u qazanıb.
Oxşar xəbərlər
“Ümid edirəm Messi mənim klubuma keçər” – Xuan Mata
“Messi məşqlərdə əlindən gələni edir” - “Barselona”nın baş məşqçisi
Messi "Barselona"da qala bilər - Atası açıqladı
Kuman Messi haqqında danışdı - “Messini razı salmalıyammı, bilmirəm”
Messi biabırçılığa dözmür - İddia
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Qarabağ" "Dinamo" ilə oyuna hazırdı - FOTOLAR
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası















Misli Premyer Liqası