reklam
Kuman Messi haqqında danışdı -
Sportfm.az xəbər saytı

Kuman Messi haqqında danışdı -“Messini razı salmalıyammı, bilmirəm”


“Barselona”nın yeni baş məşqçisi Ronald Kuman komandadakı gələcəyi müzakirə edilən Lionel Messi ilə bağlı açıqlama verib.

Sportfm.az xəbər verir ki, 57 yaşlı mütəxəssis, argentinalı futbolçu ilə görüşəcəyini bildirib:

“Messinin klubla müqaviləsi var və hələ də “Barselona”nın futbolçusudur. Onunla danışmağım lazımdır, çünki o, kapitandır. Ümid edirəm ki, Messi komandada qalacaq. Messini “Barselona”da qalmağa razı salmalıyammı, bilmirəm. O, qalmaq istəsə, çox sevinərəm. Messi ilə çalışmağı çox istəyirəm”.

Messinin Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya”ya 2:8 hesabı ilə məğlubiyyətdən sonra komandadan ayrılmaq qərarına gəldiyi bildirilir.

Oxşar xəbərlər

“Messinin yoxluğunu hiss etdik” - Ronald Kuman
"Qalib gəlsəm, Messi qalacaq" - Prezidentliyə namizəd
“Ümid edirəm Messi mənim klubuma keçər” – Xuan Mata
Messi “Barselona”ya 15 milyon qazandıracaq
“Messi məşqlərdə əlindən gələni edir” - “Barselona”nın baş məşqçisi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər