reklam
“İnter”in baş məşqçisi olmaq möhtəşəmdir” -
Sportfm.az xəbər saytı

“İnter”in baş məşqçisi olmaq möhtəşəmdir” -Antonio Konte


UEFA Avropa Liqasının final matçında “Sevilya”ya 2:3 hesabı ilə məğlub olan “İnter”in baş məşqçisi Antonio Konte oyundan sonra açıqlama verib.

Sportfm.az xəbər verir ki, 51 yaşlı mütəxəssis, turnirin finalındakı məğlubiyyəti belə şərh edib:

“Futbolçularımız çox çalışdı, inkişaf etdi, Avropa Liqasının finalına çatdılar. Bir çoxu üçün bu, ilk təcrübələri idi.

Çox çətin mövsüm keçirdik. Mövcud vəziyyəti qəbul etməli və “İnter” üçün ən doğru qərarı verməliyik. Bir neçə günlük istirahətdən sonra mövsümü təhlil edəcəyik. Mən olsam da, olmasam da, “İnter”in gələcəyini planlaşdırmalıyıq. “İnter”in baş məşqçisi olmaq möhtəşəmdir. Bu təcrübəni yaşamağıma icazə verən hər kəsə təşəkkür edirəm”.

Oxşar xəbərlər

Konte mövsümün ən yaxşısıdır - A Seriyası
“Finala çıxmağa layiq idik” – Antonio Konte
Kavaniyə 3 illik təklif
“İnter” doğma meydanda “Kəpəz”i məğlub etdi
"Qarabağ" "İnter"i məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər