reklam
“Finala çıxmağa layiq idik” –
Sportfm.az xəbər saytı

“Finala çıxmağa layiq idik” –Antonio Konte


“İnter”in baş məşqçisi Antonio Kontenin İtaliya kubokunun yarımfinal mərhələsinin “Napoli” ilə cavab matçından sonra mətbuat konfransı keçirilib.

Sportfm.az xəbər verir ki, Konte, finala çıxmağa layiq olduqlarını deyib:

“Hər iki oyunun nəticəsindən sonra finala çıxmağa layiq idik. Futbolçularımı nəyəsə görə günahlandıra bilmərəm. Futbol aqressiv oyundur. Çoxlu şanslarımız oldu, daha sakit ola bilərdik. David Ospina da bir neçə yaxşı qurtarış etdi. Buraxdığımız qolda axmaq səhv etdik və məyus olduq. Bu, bizə böyük dərs olacaq.

Komandamdan çox razı qaldım və hiss edirəm ki, finala çıxmağa layiq idik”.

İlk oyunda rəqibinə 0:1 hesabıyla uduzan “İnter”, cavab matçında qollu bərabərə qalaraq kubokla vidalaşıb.

Oxşar xəbərlər

“İnter” finala çıxdı! - Çempionlar Liqası
“İndi xoşbəxtik” – Alleqri
"Qalib olmağa layiq idik" - qələbə şərhi
“Napoli”nin yeganə qolunu vuran oyunçu tarixə düşdü
"Qrupdan çıxmağa layiq deyildik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər