reklam
Sportfm.az xəbər saytı

"Beşiktaş"dan məğlubiyyət, "Bavariya"dan qələbə


Çempionlar Liqasında qrup mərhələsinin son oyunlarına start verilib. Sportfm.az xəbər verir ki, ilk olaraq "A", "B", "C" və "D" qrupunda yer alan komandalar mübarizəni başa vurublar. "A" qrupunda lider PSJ öz meydanında "Ludoqorets”ə gözlənilmədən xal verib. Bundan maksimum yararlanan "Arsenal" qrupda birinci yeri tutub. PSJ isə növbəti mərhələyə qrup ikincisi kimi yüksəlib. 
Əsas diqqətlər "B" qrupuna yönəlmişdi. Çünki son tur öncəsi "Napoli”, "Benfika” və "Beşiktaş”ın 1/8 finala yüksəlmək şansı var idi. Səfərdə Kiyev "Dinamo”sunun qonağı olan İstanbul klubu qırmızı vərəqələr almaqla darmadağına məruz qalıb. Səfərdə "Benfika"nı məğlub edən "Napoli" isə qrupu zirvədə tamamlayıb. "Benfika" ikinci olduğu halda, "Beşiktaş" ÇL-lə vidalaşıb.  

Çempionlar Liqası
VI tur
6 dekabr
"A" qrupu
"Bazel” (İsveçrə) - "Arsenal” (İngiltərə) 1:4
Qollar: Perez, 8 (0:1); 16 (0:2); 47 (0:3), İvobi, 54 (0:4), Dumbiya 78 (1:4)

PSJ (Fransa) - "Ludoqorets” (Bolqarıstan) 2:2 
Qollar: Misidzan, 15 (0:1), Kavani, 61 (1:1), Vanderson, 69 (1:2), Di Mariya 90+2 (2:2)
 
"B" qrupu
"Benfika” (Portuqaliya) - "Napoli” (İtaliya) 1:2 
Qollar: Kalyexon, 60 (0:1), Mertens, 79 (0:2), Ximenes, 87 (1:2)

"Dinamo” (Kiyev, Ukrayna) - "Beşiktaş” (Türkiyə) 6:0 
Qollar: Besedin, 9 (1:0), Yarmolenko, 30-pen (2:0), Buyalski, 33 (3:0), Qonzalez, 45+3 (4:0), Sidorçuk, 60 (5:0), Moraes, 77 (6:0) 
Qırmızı vərəqələr: Bek, 30, Aboubakar, 56 (hər ikisi "Beşiktaş")
 
"C" qrupu
"Barselona” (İspaniya) - "Borussiya” (Münhenqladbax, Almaniya) 4:0 
Qollar: Messi, 16 (1:0), Arda Turan 50, (2:0); 53 (3:0), 67 (4:0)

"Mançester Siti” (İngiltərə) - "Seltik” (Şotlandiya) 1:1 
Qollar: Roberts, 4 (0:1), İheanaço, 8 (1:1)
 
"D" qrupu
"Bavariya” (Almaniya) - "Atletiko” (İspaniya) 1:0 
Qol: Levandovski, 28 (1:0)

PSV (Hollandiya) - "Rostov” (Rusiya) 0:0 

Oxşar xəbərlər

İstanbulda möhtəşəm heç-heçə, "Bavariya" məğlub oldu
"Barselona" uduzdu, "Bavariya" və "Arsenal"dan əzmkar qələbə
"Beşiktaş" və "Barselona" qələbə qazandı
"Barselona"dan əzmkar qələbə, "Bavariya" uduzdu
"Barselona" və "Bavariya"dan darmadağın, "Beşiktaş" son anda sevindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər