Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Barselona" uduzdu, "Bavariya" və "Arsenal"dan əzmkar qələbə
Bu gün Çempionlar Liqasının qrup mərhələsində IV turun oyunlarına start verilib. Sportfm.az-ın məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 oyun keçirilib. Türkiyənin "Beşiktaş” klubu öz meydanında "Napoli”ni qəbul edib. Günün digər maraqla gözlənilən qarşılaşması İngiltərədə oynanılıb. "Mançester Siti” "Barselona”nanı məğlub edib. Bu oyunlardan sonra 4 komanda - "Arsenal", PSJ, "Atletiko" və "Bavariya" 1/8 finala vəsiqəni təmin ediblər.
Turun digər oyunları sabah keçiriləcək.
1 noyabr
Çempionlar Liqası, qrup mərhələsi
A qrupu
"Bazel" (İsveçrə) - PSJ (Fransa) 1:2
Qollar: Matuidi, 43 (0:1), Zuffi, 76 (1:1), Meunier, 90 (1:2)
"Ludoqorets" (Bolqarıstan) - "Arsenal" (İngiltərə) 2:3
Qollar: Kafu, 12 (1:0), Keseru, 15 (2:0), Xaka, 21 (2:1), Jiru, 42 (2:2), Özil, 88 (2:3)
B qrupu
"Beşiktaş" (Türkiyə) - "Napoli" (İtaliya) 1:1
Qollar: Kuarejma, 79-pen (1:0), Hamşik, 86 (1:1)
"Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) 1:0
Qol: Salvio, 45+1-pen (1:0)
C qrupu
"Borussiya" (Münhenqladbax, Almaniya) - "Seltik" (Şotlandiya) 1:1
Qollar: Stindl, 32 (1:0), Dembele, 76-pen (1:1)
"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya) 3:1
Qollar: Messi, 21 (0:1), Gündoğan, 39 (1:1), De Bruyne, 51 (2:1), Gündoğan, 74 (3:1)
D qrupu
"Atletiko" (Madrid, İspaniya) - "Rostov" (Rusiya) 2:1
Qollar: Qrizmann, 28 (1:0), Azmun, 30 (1:1), Qrizmann, 90+4 (2:1)
PSV (Hollandiya) - "Bavariya" (Almaniya) 1:2
Qollar: Arias, 14 (1:0), Levandovski, 34-pen (1:1); 74 (1:2)
Oxşar xəbərlər
"Beşiktaş"dan məğlubiyyət, "Bavariya"dan qələbə
İstanbulda möhtəşəm heç-heçə, "Bavariya" məğlub oldu
"Beşiktaş" və "Barselona" qələbə qazandı
"Barselona"dan əzmkar qələbə, "Bavariya" uduzdu
"Barselona" və "Bavariya"dan darmadağın, "Beşiktaş" son anda sevindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası