reklam
Sportfm.az xəbər saytı

"Barselona" və "Bavariya"dan darmadağın, "Beşiktaş" son anda sevindi


Bu gün Çempionlar Liqasında (ÇL) 2016/2017 mövsümünün qrup mərhələsinə start veriləcək. Sportfm.az saytının məlumatına görə, ilk oyun günündə "A", "B", "C" və "D" qruplarında mübarizə başlayacaq. Əsas diqqət çəkən görüş Parisdə baş tutacaq. Zlatan İbrahimoviçin gedişindən sonra əvvəlki gücünü itirməməyə çalışan PSJ öz meydanında "Arsenal”la qarşılaşacaq.
 
Azərbaycanlı azarkeşlərin diqqəti eyni zamanda Portuqaliyada olacaq. Belə ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş” səfərdə "Benfika” ilə münasibətlərinə aydınlıq gətirəcək. "Qartal” ləqəbli iki komandanın mübarizəsi böyük maraq kəsb edir. "Barselona”, "Mançester Siti”, "Bavariya” və "Atletiko” kimi komandalar da bu gün meydana çıxacaqlar.
 
Çempionlar Liqası
Qrup mərhələsi. I tur
 
13 sentyabr
 
"A" qrupu
"Bazel” (İsveçrə) – "Ludoqorets” (Bolqarıstan) - 1:1
Qollar: Stefen, 80 - Kafu, 45
 
PSJ (Fransa) – "Arsenal” (İngiltərə) - 1:1
Qol: Kavani, 1 - Aleksis Sançez, 78
 
"B" qrupu
"Benfika” (Portuqaliya) – "Beşiktaş” (Türkiyə) - 1:1
Qol: Cervi, 12 - Talişka, 90+3
 
"Dinamo” (Kiyev, Ukrayna) – "Napoli” (İtaliya) - 1:2
Qollar: Qarmaş, 26 - Milik, 36, 45+2
 
"C" qrupu
"Barselona” (İspaniya) – "Seltik” (Şotlandiya) - 7:0
Qollar: Messi, 3, 27, 60, Neymar, 50, İnyesta, 59, Suarez, 75, 88
 
22:45. "Mançester Siti” (İngiltərə) – "Borussiya” (Mönhenqladbax, Almaniya) - (Təxirə salınıb)
 
"D" qrupu
"Bavariya” (Almaniya) – "Rostov” (Rusiya) - 5:0
Qollar: Levandovski, 28, Müller, 45, Kimmix, 53, 60, Bernat,90
 
PSV (Hollandiya) – "Atletiko” (İspaniya) - 0:1
Qol: Nigez, 43

Oxşar xəbərlər

"Beşiktaş"dan məğlubiyyət, "Bavariya"dan qələbə
İstanbulda möhtəşəm heç-heçə, "Bavariya" məğlub oldu
"Barselona" uduzdu, "Bavariya" və "Arsenal"dan əzmkar qələbə
"Beşiktaş" və "Barselona" qələbə qazandı
"Barselona"dan əzmkar qələbə, "Bavariya" uduzdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər