Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Milli komandamızın heyətində dəyişiklik edildi
Qadın taekvondoçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az-a Taekvondo federasiyasından verilən məlumata görə, ölkəmiz Bakıda keçiriləcək Qran-pri yarışlarının final mərhələsinə 3 idmançı ilə qatılmağa qərar verib.
Belə ki, həlledici döyüşlərdə Azərbaycanı Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcək. Halbuki, bir gün öncəyə kimi yarışda bir idmançı ilə iştirak edəcəyimiz açıqlanmışdı. Abakarova və Əzizovanın zədə səbəbindən Qran-prini buraxacağı bildirilirdi.
Turnirdə hər çəki dərəcəsi üzrə Ümumdünya Taekvondo Federasiyasının olimpiya reytinqində qərarlaşan ən güclü 16 idmançı mübarizə aparacaq.
Qeyd edək ki, dekabrın 9-10-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində baş tutacaq yarışda kişilərdən ibarət komandamızın şərəfini Roman Samodurov (58 kq), Ayxan Tağızadə (68 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsaev (+80 kq) qoruyacaq.
Oxşar xəbərlər
Ölkəmiz 11 idmançı ilə təmsil olunacaq - Avropa çempionatı
Yaponiya Qran-Prisində ölkəmizi 8 idmançı təmsil edəcək
Hərçəqani və Abakarova qalib oldular
Qran Prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda
Azərbaycan taekvondoçuları Braziliyaya yola düşdülər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası