Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qran Prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda
Taekvondo üzrə Qran Prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək. Sportfm.az xəbər verir ki, Dünya Taekvondo Federasiyasının və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə Qran Pri 9-10 dekabr tarixlərində, milli komandalar arasında dünya çempionatı isə 12-13 dekabrda "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.
İlk olaraq baş tutacaq Qran Prinin finalında dünyanın 16 reytinqli kişi və qadın taekvondoçuları mübarizə aparacaq. Qaliblər 6000 dollar və 80 reytinq xalı, finalçı 3000 dollar və 48 reytinq xalı, bürünc medala layiq görülən idmançılar isə 1000 dollar və 28.8 reytinq xalı qazanacaq. 12-13 dekabrda keçiriləcək milli komandalar arasında dünya çempionatında isə 8 komanda yarışacaq.
Dekabrın 11-də Qala gecə təşkil olunacaq. Ən yaxşı taekvondoçu, ən yaxşı baş məşqçi və ən yaxşı milli federasiya bu mərasimdə mükafatrandırılacaq.
Milli komandanın üzvü, Olimpiya çempionu Radik İsaevin də yer aldığı millinin heyəti yaxın günlərdə açıqlanacaq. Xatırladaq ki, kişilərdən ibarət millimiz ötən il Meksikada təşkil edilən komandalararası dünya çempionatının qalibi olmuşdur.
Oxşar xəbərlər
Bakıda keçiriləcək dünya çempionatında 19 ölkə iştirak edəcək
Rəşad Əhmədov və Elnur Amanov Rabata yola düşür
Bakıda növbəti idman turniri keçiriləcək
Azərbaycan millisi dünya çempionu oldu
Milli komandamızın heyətində dəyişiklik edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası