reklam
İranlı gözəl Azərbaycan komandasının heyətində -
Sportfm.az xəbər saytı

İranlı gözəl Azərbaycan komandasının heyətində -Sensasiya


Şəkinin qadınlardan ibarət "Marxal" futbol klubu heyətinə yeni oyunçu cəlb edib.

Sportfm.az xəbər verir ki, əyalət təmsilçisi iranlı Səba Səlimi ilə anlaşıb. Bu barədə məlumatı klubun təsisçisi Elgün Hüseynov verib.

22 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanacağı bildirilir. 

Təbrizdə anadan olan və əslən azərbaycanlı olan 22 yaşlı hücumçu indiyə qədər İranın "Ansar", "Hilal Ahmar" kimi klublarında çıxış edib.

Futbolçunun son klubu isə İraqın "Əl-Qatan" komandası olub. Səlimi bununla yanaşı İranın müxtəlif yaş qruplarından ibarət milli komandalarında da top qovub.

O, 2018-ci ildən sözügedən ölkənin əsas yığmasının şərəfini qoruyur.(Offsideplus.az)

Oxşar xəbərlər

Türkiyə klubundan iki yeni transfer
Yığmamızın hücumçusu İran klubunda - 1 illik müqavilə
"Ufa" azərbaycanlı futbolçu aldı - FOTO
"Fənərbaxça" iranlı hücumçunu heyətinə qatdı
Şeydayevin yeni komandası açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər