"Qarabağ" hazırlıq matçında məğlub oldu -1:2
Qəbələdə təlim-məşq toplanışında olan Premyer Liqa təmsilçilərinin yoxlama oyunları davam edir.
Modern.az-ın məlumatına görə, bu gün yeni mövsümə hazırlaşan "Qarabağ"la "Sabah" üz-üzə gəlib.
Qarşılaşmada üç qol vurulub. Matça Ağdam təmsilçisi fəal başlayıb. Bu fəallıq özünü elə ilk hissədəcə göstərib. "Qarabağ"ın xorvat legioneri Filip Ozobiç hesabı açıb.
Paytaxt klubu fasilədən sonra daha yaxşı təsir bağışlayıb. Bakılılar öncə bərabərlik qolunu vurmağı bacarıb. Xulio Sezar fərqlənib – 1:1. Görüşün sonlarında isə Təmkin Xəlilzadə penaltini dəqiq yerinə yetirərək “Sabah”a əzmkar qələbə qazandırıb.
Qeyd edək ki, bu, Çempionlar Liqasında ölkəmizi təmsil edəcək Ağdam klubunun ikinci görüşü olub. Qurban Qurbanovun yetirmələri bunadək "Keşlə"yə 3:1 hesabı ilə qalib gəlib. Ötən mövsümün uğursuzlarından olan "Sabah" isə ilk sınağına çıxıb. Bu, ispaniyalı Visente Qomesin baş məşqçi postunda qeyri-rəsmi debütü olub.
Yoxlama oyunu
25 iyul
18:00. “Qarabağ” – “Sabah” 1:2
Ozobiç – Xulio Sezar, Təmkin Xəlilzadə
Oxşar xəbərlər
“Qarabağ” məğlub oldu, toplanışı başa vurdu
"Sabah" Türkiyədə bərabərə qaldı - Hazırlıq matçı
"Keşlə" "Səbail"lə üz-üzə - YENİLƏNİR
"Qarabağ" "Keşlə"yə 3 qol vurdu - Hazırlıq matçı
Təmkin Xəlilzadə "Sabah"ın formasında - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası