“Qarabağ” məğlub oldu, toplanışı başa vurdu
“Qarabağ” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama matçına çıxıb.
Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın “Poqon” komandası ilə üz-üzə gəlib.
Qurban Qurbanovun çalışdırdığı kollektiv bu oyunda rəqibinə 2:4 hesabıyla məğlub olub. Ağdam təmsilçisinin ilk qolunu 50-ci dəqiqədə Marko Yankoviç vurub. Sonuncu qola isə 90+4-cü dəqiqədə Abdullah Zubir imza atıb.
“Qarabağ” bu gün daha bir oyunda qüvvəsini sınamışdı. Ağdam təmsilçisi Serbiyanın “Poqon” komandasına 1:0 hesabıyla qalib gəlmişdi.
Xatırladaq ki, “Qarabağ” Türkiyədəki ilk yoxlama görüşündə “Rakuv”a (Polşa) 0:3 hesabı ilə uduzmuşdu.
Bu gün Antalya toplanışını başa vuran “Qarabağ” sabah vətənə dönəcək.
Oxşar xəbərlər
“Qarabağ” Serbiya klubuna qalib gəldi
“Qarabağ” Serbiya və Polşa klubları ilə qarşılaşacaq - Yoxlama görüşü
“Qarabağ” - "Viktoriya" oyununun vaxtı açıqlandı
“Qarabağ” Antalya toplanışını məğlubiyyətlə başa vurdu
"Qarabağ" makedoniyalılara qol vura bilmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı















Misli Premyer Liqası