Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Əhmədov hamıdan güclüdür!
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində sambo üzrə Bakı şəhər çempionatı keçirilib. Sportfm.az xəbər verir ki, çempionatda 9 çəki dərəcəsi üzrə 110 nəfər idmançı mübarizə aparıb.
Yekun nəticələrə əsasən yarışda 52 kq çəki dərəcəsində I yerə Vaqif Mirzəli (16№-li UGİM), 57 kq çəki dərəcəsində I yerə Fuad Məmmədov (11№-li UGİM), 62 kq çəki dərəcəsində I yerə Tural Allahverdiyev (Judo Klub 2012), 68 kq çəki dərəcəsində I yerə Tural Əhmədov (Yasamal İK), 74 kq çəki dərəcəsində I yerə Söhrab Bağırov (Neftçi İKİB), 82 kq çəki dərəcəsində I yerə Vahid Dəmirli (Yasamal İK), 90 kq çəki dərəcəsində I yerə Xaliq Niftəliyev (Neftçi İKİB), 100 kq çəki çəki dərəcəsində I yerə Zaur Xutinayev (Yasamal İK), +100 kq çəki dərəcəsində I yerə Etibar Teymurov (Judo Klub 2012) layiq görülmüşlər.
I, II və III yeri tutmiş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci oldu
Azərbaycanın ən yaxşı cüdoçuları müəyyənləşdi
İlk günündə 3 medal - Qran-pri
Gənc cüdoçulardan 6 medal
Futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası