reklam
Azərbaycanın ən yaxşı cüdoçuları müəyyənləşdi
Sportfm.az xəbər saytı

Azərbaycanın ən yaxşı cüdoçuları müəyyənləşdi


Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı başa çatıb.

Sportfm.az xəbər verir ki, 15-17 dekabrda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

3 gün davam edən yarışda 65 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 296 (236 kişi, 60 qadın) cüdoçu güclərini sınayıb.

Çempionatın sonuncu günündə 6 çəki dərəcəsində 102 cüdoçu medallar uğrunda mübarizə aparıb. Kişilər arasında -73 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində, qadınlar arasında isə -57 kq., -78 kq. və +78 kq. çəki dərəcələrində qaliblər müəyyənləşib.
Yarışın son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Atilla İdman Klubu, 2-ci yerə Neftçi İdman Klubu, 3-cü yerə isə Cüdo Klub 2012 layiq görülüb. 22 komanda müxtəlif əyarlı medal qazanıb.

Qaliblərin siyahısını təqdim edirik:

Qadınlar

-48 kq.

Şəfəq Həmidova
Ramilə Əliyeva
Xumar Qasımzadə
Leyla Dəmirova
-52 kq.

Zeynəb Məmmədova
Nuray Quliyeva
Ayşə Qurbanlı
Fəridə Mirzəyeva
-57 kq.

Elmira Mustafayeva
Nərgiz Hacıyeva
Fidan Qasımova
Nilgün Rzayeva
-63 kq.

Leyla Hüseynova
Kamilla Töhöliyeva
Diana Şoranova
Leyla Atayeva
-70 kq.

Günel Həsənli
Pərvanə Abdullayeva
Səkinə Baxşıyeva
Aygül İsmayılova
-78 kq.

Fidan Tarverdiyeva
Nərmin Əmirli
Aysu Həsənova
Əsmər Əliyeva
+78 kq.

Nigar Süleymanova
Elnarə Rəşidova
Aytəkin Paşazadə
Kəmalə Hüseynova
Kişilər

-60 kq.

Nazir Talıbov
Babarəhim Mirzəyev
Hüseyn Allahyarov
Kənan Hüseynov
-66 kq.

Rəşad Yelkiyev
Tofiq Məmmədov
Zahir Ağazadə
Kamran Süleymanov
-73 kq.

Rəşid Məmmədəliyev
İbrahim Əliyev
Süleyman Əliyev
Nurlan Osmanov
-81 kq.

Məmmədrza Hacızadə
Kərim Allahverdiyev
Ömər Rəcəbli
Qədir Hüseynov
-90 kq.

Elcan Hacıyev
Vüqar Talıbov
İbrahim Ağakişiyev
Şamil Tuncay
-100 kq.

Hüseyn Dadaşov
Rüfət İsmayılov
Əjdər Bağırov
Ruslan Nəsirli
+100 kq.

Camal Qamzatxanov
Ramazan Əhmədov
Kənan Nəsibov
Camal Feyziyev

Oxşar xəbərlər

3 çəki dərəcəsində 9 qadın cüdoçu
İlk yarış gününün qalibləri bəlli oldu
Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək
"Neftçi"nin idmançıları qızıl medal qazandı
Əhmədov hamıdan güclüdür!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər