Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan yığmasının üzvü qətldə şübhəli kimi axtarışa verildi
Dağıstanda 27 yaşlı Abdulbasir Omarovun qətlində şübhəli bilinən şəxslərin adları açıqlanıb.
Sportfm.az xəbər verir ki, Dağıstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, şübhəlilər - 25 yaşlı Surakat Asiyatilov, onun 26 yaşlı qardaşı Hüseyn Asiyatilov və 24 yaşlı Nurmaqomed Hacıyev axtarışa verilib.
Abdulbasir Omarova iyunun 23-də “Maxaçqalavodokanal” şirkətinin ərazisində odlu silahdan atəş açılıb. O, xəstəxanaya çatdırılarkən yolda vəfat edib. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” və “odlu silahın qanunsuz dövriyyəsi” maddələri ilə iş açılıb.
Qeyd edək ki, axtarışa verilən şəxslərdən 24 yaşlı Nurmaqomed Hacıyev sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvüdür. O 2018 və 2019-cu illərdə Avropa çempionatında 97 kiloqram çəki dərəcəsində ölkəmizə bürünc medallar qazandırıb.(oxu.az)
Oxşar xəbərlər
Dünya çempionunun qətli ilə bağlı AÇIQLAMA
23 yaşlı idmançı yığmamızdan kənarlaşdırıldı - Qətldə ittiham olunur
Sabiq vitse-prezident qaçdı - Federal axtarışa verildi
Serbiya millisinin futbolçusu axtarışa verildi
Azərbaycanlı idmançılar dövlətlərarası axtarışa verildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası