Serbiya millisinin futbolçusu axtarışa verildi
Futbol üzrə Serbiya yığmasının sabiq futbolçusu Mateya Kejman axtarışa verilib.
Sportfm.az xəbər verir ki, hazırda futbol agenti qismində çalışan 39 yaşlı veteran forvard çirkli pulların yuyulmasında günahlandırılır. Belçikada aparılan "Təmiz əllər" əməliyyatı çərçivəsində M.Kejmanın da şübhəlilərin siyahısında olduğu bildirilir.
O, meneceri olduğu Sergey-Milinkoviç Saviç və Adam Maruşicin transferlərində çirkli pulların yuyulmasında iştirak etməkdə günahlandırılır.
Sergey-Milinkoviç Saviç 2015-ci ildə Belçikanın “Genk”, A.Maruşic isə 2017-ci ildə “Ostende” klubundan İtaliyanın “Latsio” komandasına transfer olunub.
Qeyd edək ki, M.Kejman karyerası ərzində Hollandiyanın PSV, İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko”, Rusiyanın “Zenit”, Fransanın PSJ, Türkiyənin “Fənərbağça” kimi komandalarında çıxış edib. (report)
Oxşar xəbərlər
Dünyanın ən dəyərli yarımmüdafiəçiləri - SİYAHI
Milli komandanın sabiq üzvü həbs edilir! - Olay
Məşhur futbolçu karyerasını başa vurdu
Fransa klubu azarkeşlərdən yardım istədi
Futbolçu üçün 155 milyon avro
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası