23 yaşlı idmançı yığmamızdan kənarlaşdırıldı -Qətldə ittiham olunur
Azərbaycanın sərbəst güləşçisi Nurməhəmməd Hacıyev milli komanda üzvləri siyahısından kənarlaşdırılıb.
Sportfm.az xəbər verir ki, Mahaçqala sakini Abdulbasir Ömərovun qətlində ittiham olunan 23 yaşlı idmançının adı 2021-ci il üçün Gənclər və İdman Nazirliyinə təqdim edilən siyahıda yer almayıb.
Bildirilib ki, məsələ ilə bağlı cinayət işi açılıb və istintaq davam edir, məhkəmə prosesinə isə hələ start verilməyib.
Federasiya mütəmadi olaraq Nurməhəmməd Hacıyevin durumu ilə bağlı məlumat alır. O, proses yekunlaşanadək yığmanın üzvü olmayacaq. Məsələ açıq qaldığından, Hacıyevin adı qeyri-müəyyən müddətədək yığma üzvləri siyahısından çıxarılıb.
Qeyd edək ki, Nurməhəmməd Hacıyevlə yanaşı, Surakat Asiyatilov və Hüseyn Asiyatilov Abdulbəşir Ömərovun ölümündə təqsirləndirilir. Sərbəst güləşçi Azərbaycan millisinin üzvü kimi Minsk-2019 II Avropa Oyunlarında 97 kq çəki dərəcəsində gümüş, 2018 və 2019-cu il Avropa çempionatlarında bürünc medal qazanıb. (report)
Oxşar xəbərlər
Azərbaycan yığmasının üzvü qətldə şübhəli kimi axtarışa verildi
Güləşçimiz dünya çempionatında bürünc medal qazandı
Əliyev Avropa çempionu oldu
Azərbaycan güləşçisi Avropa çempionu oldu
Avropa çempionumuza 10 il iş istənildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası