• 00:38 Çərşənbə
    20 Yanvar 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

""Neftçi" mənə böyük ad qazandırıb" - Çilili hücumçu

Bu gün “Neftçi”nin veteran futbolçusu Nikolas Kanalesin 35 yaşı tamam olur. 

Sportfm.az xəbər verir ki, 1985-ci ildə dünyaya gəlmiş çilili hücumçu 2012-2013, 2014-2015, 2016-cı illər ərzində "Neftçi”də çıxış edib. 2013-cü ildə Azərbaycan çempionatının qalibi və bombardiri olmuş Kanales elə həmin ildə ölkə kubokunu başı üzərinə qaldırıb.


Klubun rəsmi saytı "Neftçi” ailəsi adından veteran futbolçumuzu təbrik edib.


- Nikolas, doğum gününüz mübarək! Bilirik ki, pandemiya Çilidən də yan ötməyib. Necəsiz?
- Çox sağ olun, təşəkkür edirəm! Bəli, təəssüf ki, pandemiya bütün dünyanı başına alıb və bu çox üzücüdür. Çilidə aprel ayından etibarən karantin rejimindəyik. İnsanlar normal işləyə, yaxınları ilə görüşə bilmirlər. Düşünürəm ki, tezliklə hər şey əvvəlki vəziyyətinə qayıdacaq.


- Artıq karyeranızı başa vurmusuz və geri boylanıb bunu dəyərləndirə bilərsiz. Hesab edirsiz ki, daha çox şeyə nail ola bilərdiniz?
- Ümumi baxanda karyeramın ilk günlərindən sonuna kimi xoşbəxt anlar yaşamışam. Buna görə çox sevinirəm. Çilinin böyük klublarında oynamışam, milli komandaya dəvət almışam. 15 illik peşəkar karyeramın 6 ilini Avropa klublarında, həmin ölkələrin güclü komandalarında keçirmişəm. Yaşıma görə hələ də oynaya bilərdim, amma karyeramın son ilində çox ciddi zədə aldım. Düzdür, çətinliklə də olsa, zədəmi sağaltdım. Hətta sonradan bir neçə Avropa klubundan təklif də gəldi. Amma maliyyə tərəfdən razılığa gəlmədiyimizə görə karyeramı bitirdim. Artıq şəxsi biznesimlə məşğulam.


- Azərbaycanda karyeranızın bu qədər uğurlu alınacağını təsəvvür edərdiniz?
- Ümumiyyətlə, karyeram boyu həmişə istədiklərimə nail olmağa çalışmışam və nail olmuşam. "Neftçi”nin heyətində də çempion və bombardir olmağa cəhd etmişəm. Xoşbəxtlikdən komanda yoldaşlarım güclü futbolçular olublar ki, bunun da sayəsində məqsədimə çatmışam.


- Ümumiyyətlə, "Neftçi” sizə nə verib?
- "Neftçi”də özümü evimdəki kimi hiss edirdim. Vətəni tərk edib legioner həyatı yaşamaq asan olmur. Buna baxmayaraq, "Neftçi”də uyğunlaşma prosesi çox tez keçdi. Yeni dostlar qazandım. Adət-ənənələrinizdən, ləziz yeməklərinizdən məmnun qaldım. "Neftçi” mənə böyük ad qazandırıb.


- "Neftçi”nin heyətində keçirdiyiniz oyunlardan ən vacibləri hansılardır? Ən vacib qol hansı olub?
- "Qarabağ”la "Tofiq Bəhramov” stadionunda keçirdiyimiz oyun çox vacib idi. Matçın sonlarına yaxın Vobayın ötürməsindən sonra cərimə meydançasının kənarından gözəl zərbə ilə komandamızın ikinci qolunu vurdum. Nəticədə qələbə qazanaraq əsas rəqibimizi 4-5 xal geridə qoyduq və bununla da çempionluğu təmin etdik. Bundan əlavə, Milan "İnter”i ilə keçirdiyimiz oyunlar və həmin vaxt vurduğum qol karyeramda ən vaciblərdəndir.


- "Neftçi”nin oyunlarını izləyə bilirsizmi?
- Bəzi matçları internet vasitəsilə izləməyə çalışıram. "Neftçi”ni həmişə zirvədə görmək istəyirəm.


- Məşqçi olmaqla bağlı planlarınız var, yoxsa futbolla həmişəlik vidalaşmısız?
- Artıq iki ildir şəxsi biznesimi qurmuşam. Buna görə də futboldan ayrılmağım çətin olmadı. Tez-tez Çindən Çiliyə müxtəlif məhsullar gətirirəm. Hələ də dəvətlər alıram, amma artıq ilyarımdır oynamıram və əminliklə deyə bilərəm ki, futbolla həmişəlik vidalaşmışam.


- Siz "Neftçi”nin və Azərbaycan futbolunun tarixində qızıl iz qoymusuz. Təbii ki, həmişə azarkeşlərin xoş sözlərlə xatırlayacağı insan olacaqsız. Onlara nə demək istərdiniz?
- Sevgi, qayğı və diqqət məni həvəsləndirən amillərdəndir. İstər Bakı küçələrində, istər stadionlarda insanlardan, azarkeşlərdən böyük hörmət görmüşəm. Tribunalarda adım səslənəndə böyük zövq alırdım, oynamaq həvəsim daha da artırdı. Fürsətdən istifadə edib, mənə göstərilən sevgiyə və diqqətə görə hər bir "Neftçi” azarkeşinə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Onlarla qürur duyuram və hər birinə qucaq dolu salam göndərirəm.

скачать dle 10.4 UTF-8Forex для начинающих

27-06-2020
336
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
25-12-2020
"Neftçi" qış çempionu oldu - 9-cu dəfə
1-06-2020
"Formamı tam istədiyim kimi saxlaya bilmədim" - Anton Krivotsyuk
30-03-2020
Slavço Georgievski:
Slavço Georgievski: "Azərbaycan ikinci vətənimdir"
17-02-2020
Nazim Süleymanovun yubiley yaşı
Nazim Süleymanovun yubiley yaşı
29-01-2020
"Müharibə zamanı avtomatımın üstündə "Neftçi” şəkli var idi" - MÜSAHİBƏ
14-01-2020
""Neftçi” öz oyunumu Avropada göstərmək üçün mənə şərait yaratdı" - Mamadu Kane
14-03-2019
21-ci tur rəqəmlərin gözü ilə -
21-ci tur rəqəmlərin gözü ilə - STATİSTİKA
20-09-2018
İsgəndər Cavadov:
İsgəndər Cavadov: "...vurduğum qol mənim üçün unudulmazdır"
13-09-2018
Topaz Premyer Liqasının IV turu rəqəmlərin gözü ilə
Topaz Premyer Liqasının IV turu rəqəmlərin gözü ilə
4-09-2018
"Oynadığım hər bir klub mənim üçün əziz olub, amma "Neftçi"nin yeri başqadır" - Vidadi Rzayev
21-08-2018
TPL-in 3-cü turu rəqəmlərin gözü ilə
TPL-in 3-cü turu rəqəmlərin gözü ilə
16-08-2018
Topaz Premyer Liqasının 2-ci turu rəqəmlərin gözü ilə
Topaz Premyer Liqasının 2-ci turu rəqəmlərin gözü ilə
30-07-2018
""Neftçi" və Azərbaycan üçün çox darıxıram" - Flavinyo
8-06-2018
"Neftçi"də ayrılıq
12-04-2018
"Pələng" yenidən "Neftçi"nin bazasında - FOTO - VİDEO
  Xəbər Lenti
Super Liqa klubunda rumıniyalı baş məşqçi - 1,5 illik müqavilə 19.01.2021, 21:04
Yeni mövsümün təqvimi açıqlandı - Çempionlar Liqası 19.01.2021, 20:52
"Bu vəzifə üçün yeni təyinat olmalıdır" - "Qarabağ" rəsmisi 19.01.2021, 20:08
"Səbail" gürcü futbolçu ilə gücləndi - RƏSMİ 19.01.2021, 19:50
Messinin cəzası bilindi - Diskvalifikasiya edildi 19.01.2021, 18:21
Yığmamızın oyunçusu bəraət qazandı - İki futbolçu həbs olundu 19.01.2021, 17:45
Rəsmi matçlar Dövlət Himni ilə başlayacaq - Mövsümün sonuna qədər 19.01.2021, 17:26
Millimizin baş məşqçisi koronavirusdan sağaldı - Bakıya gəlir 19.01.2021, 16:52
Nurlan İbrahimov "Qarabağ" ilə vidalaşdı - 15 ildən sonra 19.01.2021, 16:35
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  1 3
2 Neftçi  1 3
3 Keşlə  1 3
4 Qəbələ   1 1
5 Zirə  1 1
6 Səbail 1 0
7 Sumqayıt 1 0
8 Sabah 1 0
Ətraflı
23-12-2020
“Heç nə bitməyib” -
“Heç nə bitməyib” - Nurlan İbrahimov
17-01-2021
"Matç bitəndən sonra mənə yaxınlaşıb gözəl oyuna görə təşəkkür etdi" - Rafiq Əlizadənin əziz xatirəsinə
24-12-2020
2020-ci ilə yekun vuruldu -
2020-ci ilə yekun vuruldu - Azərbaycan Premyer Liqası
26-12-2020
Hacı karyerasını bitirir -
Hacı karyerasını bitirir - "Qızıl medal qazansam, bəlkə idmanı ataram"
26-12-2020
Millimiz neçəncidir? -
Millimiz neçəncidir? - UEFA reytinqi
5-01-2021
XIV turun oyun cədvəli məlum oldu -
XIV turun oyun cədvəli məlum oldu - Premyer Liqa
25-12-2020
İlin bombardiri açıqlandı -
İlin bombardiri açıqlandı - UEFA kimi seçdi?
3-01-2021
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
12-01-2021
"Məndən sonra hamıya ipponla qalib gəldi" - Orxan Səfərov
9-01-2021
"Sumqayıt" ağır xəstəlikdən çıxıb" - Ayxan Abbasov
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 17 37
2 Səbail-2 Zaqatala 18 36
3 Zaqatala 17 35
4 Sabah-2 18 32
5 Neftçi-2 18 29
6 Kəpəz 18 28
7 Keşlə-2 17 25
8 Sumqayıt-2 17 24
9 Qarabağ-2 17 24
10 MOİK 16 19
11 Ağsu 18 13
12 Zirə-2 17 11
13 Qaradağ Lökbatan 18 7
       
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb