reklam
Teymur Rəcəbov beşinci yerdə qərarlaşdı -
Sportfm.az xəbər saytı

Teymur Rəcəbov beşinci yerdə qərarlaşdı -“Chessable Masters” turnirində


Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Chessable Masters” turnirində çıxışını başa vurub.

Sportfm.az xəbər verir ki, təmsilçimiz turnirin B qrupunda mübarizə aparıb. Yekun nəticəyə görə 4,5 xal toplayan T.Rəcəbov beşinci yerdə qərarlaşıb. Qrupda ilk dördlükdə yer alan hollandiyalı Aniş Giri (6 xal), çinli Liren Dinq, rusiyalı Yan Nepomnyaşi (hərəyə 5,5 xal) dörddəbir finala vəsiqə qazanıb.

Yarışın A qrupunda isə norveçli dünya çempionu Maqnus Karlsen, rusiyalı şahmatçılar Vladislav Artemiyev, Aleksandr Qrişuk, amerikalı Hikaru Nakamura növbəti mərhələyə keçib.

Qeyd edək ki, bu yarış Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsidir. 

Seriya çərçivəsində növbəti mərhələ - “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.

Oxşar xəbərlər

Şahmatçılarımız altıncı mərhələdə iştirak edəcək - Çempionlar Turu
Bu gün yarımfinal görüşləri keçiriləcək - Çempionlar Turu
Nakamura superturnirin finalında - Onu gərgin oyun gözləyir
Azərbaycan şahmatçıları növbəti turda heç-heçə etdi
“Shamkir Chess 2019”: beşinci turun oyunları keçirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər