reklam
Bu gün yarımfinal görüşləri keçiriləcək -
Sportfm.az xəbər saytı

Bu gün yarımfinal görüşləri keçiriləcək -Çempionlar Turu


Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin yarımfinalçıları müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu gün keçiriləcək yarımfinal görüşlərində norveçli Maqnus Karlsen rusiyalı Yan Nepomnyaşi, niderlandlı Aniş Giri amerikalı şahmatçı Uesli So ilə mübarizə aparacaq.

Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.

Oxşar xəbərlər

Teymur Rəcəbov mükafatçılar sırasına düşə bilmədi - “The FTX Crypto Cup”
Şahmatçılarımız altıncı mərhələdə iştirak edəcək - Çempionlar Turu
Teymur Rəcəbov Aronyanla heç-heçə etdi - “Opera Euro Rapid”
Teymur Rəcəbov Levon Aronyanla qarşılaşacaq
Teymur Rəcəbov 5 görüşdə heç-heçə etdi - "Opera Euro Rapid"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər