reklam
Azərbaycan şirkəti İngiltərənin tanınmış klubu ilə müqavilə imzaladı -
Sportfm.az xəbər saytı

Azərbaycan şirkəti İngiltərənin tanınmış klubu ilə müqavilə imzaladı -FOTO


Azərbaycanın oyun şirkəti olan "Eleven Kings Game" İngiltərənin "Şeffild Yunayted" klubu ilə partnyorluq müqaviləsi imzalayıb.

Sportfm.az xəbər verir ki, bu barədə məlumatı kampaniyanın rəhbəri Orxan Rzayev unikal.org-a açıqlamasında deyib.

Şirkət sahibinin sözlərinə görə Premyer Liqa təmsilçisinin sosial media hesablarında "Eleven Kings" oyunu haqda məlumatlar görə biləcəyik:

""Şeffild Yunayted"lə kiçik büdcəli müqavilə imzaladıq. Klubun sosial media hesablarında yayımlanan "Inside United" video-layihəsində "Eleven Kings" sponsor kimi təqdim ediləcək.

Həmçinin "Şeffild Yunayted"in bəzi promo məhsullarında da oyunumuzun reklamı yerləşdiriləcək. İndi klubun "Tottenhem", "Çelsi" kimi komandalarla ev oyunlarında stadionda oyunumuza aid bilbordlar yerləşdirilməsi ilə bağlı danışıqlar aparırıq".

Oxşar xəbərlər

İngiltərə klubunda bir ilk - Əcnəbi baş məşqçi
“Tottenhem” – “Şeffild Yunayted” 4:0 - VİDEO
"Şeffild Yunayted" –" Mançester Yunayted" 2:3 - VİDEO
Premyer Liqada yeni transfer - Ues “Şeffild Yunayted”də oynayacaq
Azərbaycan firmasının sponsorluq etdiyi klubda yeni müqavilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər